Orban Aİ-ni Ukraynaya pul verməməyə çağırdı – Kiyev sərt cavab verdi

Orban Aİ-ni Ukraynaya pul verməməyə çağırdı – Kiyev sərt cavab verdi 

Macarıstan Baş naziri Viktor Orban Ukraynada baş verən son korrupsiya qalmaqalını əsas gətirərək, Avropa İttifaqını Ukraynaya maliyyə yardımını dayandırmağa çağırıb.

Azpolitika.info xəbər verir ki, Orban sosial media paylaşımında Zelenski ilə əlaqəli "hərbi mafiya"dan bəhs edib və Brüsseli Ukraynaya pul xərcləməyi dayandırmağa çağırıb.

Orbanın bu paylaşımına Ukrayna XİN münasibət bildirib. Ukraynanın XİN sözçüsü Georgi Tixi Orbanın paylaşımını "korrupsiya haqqında mühazirələr" adlandırıb və onun zebra naxışlı kostyum geyinmiş (redaktə edilmiş) fotosunu paylaşıb: "Korrupsiya qalmaqallarında adı hallanan və ölkəsini AB-də ən kasıb ölkəyə çevirən siyasətçidən korrupsiya haqqında mühazirə? Xeyr, təşəkkür edirəm".

Fotoda Macarıstan Baş nazirinin zebra naxışlı kostyumda təsvir olunması təsadüfi deyil. Bu, Macarıstanda Orbanın villası ətrafında baş verən son korrupsiya qalmaqalına istinaddır. Jurnalistlərin aşkar etdiyi kimi, Orbanın şəxsi iqamətgahında ekzotik heyvanların, xüsusən də zebraların yaşadığı özəl zoopark var.

Qeyd edək ki, sentyabrın sonunda Macarıstanda nümayişçilər hökumət əleyhinə şüarlar yazılmış plakatlar və zebra formalı şarlar tutaraq Orbanın villasının qarşısında etiraz aksiyası keçiriblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi