Ordumuz 11 min hektar ərazini necə azad etdi? – Təfərrüat

Ordumuz 11 min hektar ərazini necə azad etdi? – Təfərrüat 

Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinin və bir sıra yüksəkliklərin azad edildiyini təsdiqləyən rəsmi məlumat yayıb.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, Ordumuzun əks-həmlə əməliyyatları may ayında gerçəkləşib. Beləliklə, Ordumuz daha əlverişli mövqelərə sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək, Dərələyəz mahalının Arpa kəndinə (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarəti bərpa edib.

Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna Ordumuza nəzarət etməyə imkan verməsidir.

Qeyd edək ki, bundan öncə erməni, həmçinin Rusiya mediasında Azərbaycan Ordusunun Naxçıvan istiqamətində bir sıra yüksəkliyi işğaldan azad etdiyi haqda məlumat təfərrüatı ilə verilmişdi. “Rosbalt” yazır ki, Azərbaycan 3 strateji yüksəkliyi ələ keçirməyə nail olub və beləliklə, bir neçə kəndə nəzarəti bərpa edib.

Erməni hərbi ekspert Arkadi Qriqoryan da Azərbaycan Ordusunun bir neçə strateji yüksəkliyi aldığını bildirmişdi.

Azərbaycanın “addım-addım” strategiyası

Rusiya mediası Azərbaycan ordusunun “addım-addım” strategiyasından istifadə etdiyi barədə məlumat da verir. Bildirilir ki, Azərbaycan danışıqlara hazır olduğunu bildirməklə bərabər, həmçinin, qarşı tərəfi konstruktiv danışıqlara gətirmək üçün addım-addım irəliləyir.

“Hetq” internet nəşrinin baş redaktoru Bağdasaryan da Azərbaycan Ordusunun Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək, böyük bir ərazini nəzarətə götürdüyünü bildirmiş, hətta foto da paylaşmışdı.

Qeyd edək ki, rəsmi məlumata görə, ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Ordumuz 11 min hektar ərazini necə azad etdi? – Təfərrüat
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi