ORDUMUZ DÜŞMƏNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRIR! - VİDEO

ORDUMUZ DÜŞMƏNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRIR! - VİDEO 

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

Bu gün artilleriya bölmələrimiz də düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.

Eləcə də, Azərbaycan ordusu düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməyə davam edir.

Bu barədə Müdafiə Nazirliyi tərəfindən videogörüntü paylaşılıb.

Videogörüntüdə xalqına səslənən Azərbaycan əsgəri yaxın zamanda Azərbaycan bayrağının Ağdərədə, Şuşada da dalğalanacağını deyir.

Həmin görüntüləri aşağıdakı link vastəsilə təqdim edirik:

t.me/Azerbaijan_MOD/682


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi