«Ordunu Suriyadan çıxartmaq barədə qərarı ləğv edin»

«Ordunu Suriyadan çıxartmaq barədə qərarı ləğv edin» – Senatorlardan Trampa çağırış

Suriya Prezidenti Bəşər Əsədi gələcəkdə öz hakimiyyətini möhkəmləndirmək istiqamətində fəaliyyətə ruhlandırmamaq məqsədilə, ordunun Suriyadan çıxarılmasını dayandırmaq lazımdır.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Respublikaçılar partiyasından olan bir qrup senator – Lindsi Qrem, Coni Ernst, Tom Kotton, Marko Rubio, demokrat Cinn Şeyhin və müstəqil siyasətçi Anqus Kinq belə hesab edirlər.

Bu barədə «The Hill» nəşri yazıb.

Senatorlar Prezident Donald Trampa müraciətlərində əvvəlki administrasiyaların «səhvlərini» təkrarlamamağı,  Amerika ordusunun Suriyadan çıxarılması barədə qərarının ləğvini xahiş ediblər. Onlar əmindirlər ki, ordunn çıxarılması bölgədə terrorçuların fəaliyyətini təzələyəcək və gücləndirəcək.Eyni zamanda, digər «rəqib»lərin – İranın və Rusiyanın fəaliyətini aktivləşdirəcək.

Xatırladaq ki, Vaşinqton dünən öz hərbi kontingentini Suriyadan çıxardacağını bəyan edib. Tramp bəyan edib ki, ABŞ hərbçiləri öz evlərinə qayıtmalıdırlar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi