Orta məktəb şagirdi enerji içkisi içdi,öldü-

Orta məktəb şagirdi enerji içkisi içdi,öldü- Bərdədə

Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.

Hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib.

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, M.Babayev VII sinif şagirdidir/Report.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi