Orta məktəbdən daha bir rəzalət dolu görüntülər – “Sinifdəki bu vəziyyət avtobus qəzasından da betərdi”

Orta məktəbdən daha bir rəzalət dolu görüntülər – “Sinifdəki bu vəziyyət avtobus qəzasından da betərdi” 

Təhsil eksperti Kamran Əsədov “Facebook” səhifəsində orta məktəblərin birində çəkilmiş rəzalət dolu görüntüləri paylaşıb.

 Videokadrlarda yuxarı sinif şagirdləri sinf otaqlarını dağıdır, stulları sındırır, müəllimin yanında, dəhlizlərdə qeyri-etik hərəkətlərə yol verirlər.

Təhsil eksperti paylaşdığı videoya bu sözləri əlavə edib:

“Məşhur bir musiqi var, sözləri belədir: Hamamın içində, içində və çölündə... Bildiyiniz kimi, dünən gecə saatlarında Şamaxı - Bakı yolunda şagirdlərin də olduğu avtobus qəzaya uğrayıb və xəsarət alanlar var. Rəsmilər deyir ki, biz məktəbin çölünə, istirahət günlərinə nəzarət edə bilmərik. Bəli, bu tutaq ki, belədir. Bəs axı, siz heç içinə də nəzarət edə bilmirsiniz. İçində olan vəziyyət avtobus qəzasından da betərdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər