"Oyanın, sizi heç kim qorumayacaq" – Minnixanov dron hücumu barədə

"Oyanın, sizi heç kim qorumayacaq" – Minnixanov dron hücumu barədə 

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın müəssisələrinin rəhbərlərini Rusiya hava hücumundan müdafiə qüvvələrinə arxalanmamağa və özlərini pilotsuz təyyarələrin hücumlarından müstəqil müdafiə etməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, onun respublika enerji forumundaki bəyanatını "116.ru" saytı yayıb.

Minnixanov müəssisə rəhbərləri önündə çıxışı zamanı Ukraynanın pilotsuz təyyarələrinin aprelin 2-də Elabuqa və Nijnekamsk şəhərlərinə hücumlarını şərh edib. O qeyd edib ki, ən çox təsirlənən sahələr enerji və əlaqədar istehsaldır:

“Görünür, Ramazan və pravoslav orucun olması səbəbindən Uca Tanrı bizə bir işarə verir: oyanın, uşaqlar, sizi özünüzdən başqa heç kim qorumayacaq. Raketdən müdafiə sisteminin işləməsini gözləməyə ehtiyac yoxdur, o, digər problemləri həll edir. Biz özümüz qərar verməliyik, hər bir müəssisə, hər bir bələdiyyə, hər bir şəhər”.

Minnixanov fövqəladə hallar xidmətlərini də hər zaman hazır olmağa, təchizat və dəstələrə sahib olmağa çağırıb.

Xatırladaq ki, aprelin 2-də səhər saatlarında pilotsuz təyyarələr Tatarıstanda müəssisələrə hücum edib. Nijnekamskda pilotsuz təyyarələr “Tatneft”in törəmə şirkəti olan “Taneco” neft emalı zavoduna hücum edib. Yelabuqada “Alabuqa Politexnik” Kollecində tələbələrin qaldığı yataqxana hücum nəticəsində zədələnib. Rəsmilərin məlumatına görə, 14 nəfər xəsarət alıb.

Zədələnmiş “Alabuqa Politex” yataqxanasının Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi “Şahed” tipli kamikadze dronlarının yığıldığı zavodun bir neçə yüz metrliyində yerləşdiyi bildirilir.

Ukrayna nəşrləri mənbələrə istinadən yazıb ki, Tatarıstandakı müəssisələrə pilotsuz təyyarə hücumu Ukrayna hərbi kəşfiyyatı və Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatı olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər