Özbəkistan 6 ünvanında ağac kəsilməyib -Şirkət rəsmisi ittihamı rədd etdi

Özbəkistan 6 ünvanında ağac kəsilməyib -Şirkət rəsmisi ittihamı rədd etdi 

"Nizami rayonu Özbəkistan küçəsi 6 ünvanında yaşıllıq ərazinin məhv edilməsi və ağacların kəsilməsi ilə bağlı bir sıra saytlarda yayılan xəbərlər yalandı,yoxlanılmamış məlumat olaraq tikinti şirkətinə atılan böhtandır."

Bu fikirlər Faktinfo.az saytına "Teymuroğlu Construction” MTK-dan ağacların qırılması iddiasına cavab olaraq bildirilib.Tikinti şirkətinin aparıcı mütəxəssisi Elşən Qurbanovun bildirdiyinə görə,bir müddət əvvəl də bir qrup sakinin şikayətinə əsasən ərazidə monitorinq keçirilib, lakin ağacların kəsilməsi faktı aşkar edilməyib.


 Həmçinin ərazidə tikinti işləri başlamamışdan əvvəl,ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən sayılıb,şəkilləri çəkilib və buna əsasən də aktla rəsmiləşdirilib.Rəsmi sənədlərdə göstərilən ağacların sayı və növü aidiyyatı qrumlarda var.Deyə bilərəm ki, ötən həftə oxu.az-ın sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Nizami rayon İcra Hakimiyyəti cavab verdi.Sorğuya əsasən sayt obyektiv xəbər yaydı.

Məsələn,Nizami RİH-in məlumatında qeyd olunurdu ki,iş prosesinin gecə saatlarına qədər uzanması 27 oktyabr tarixindən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin şəhərdaxili hərəkətinin səhər saat 07:00-dan axşam 22:00-dək qadağan edilməsi ilə əlaqədardır.


O cümlədən qeyd edə bilərəm ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən gələn cavabda Nizami rayonu, Azər Manafov küçəsində (Özbəkistan küçəsinə paralel - red.) ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırıldığı qeyd olunurdu.

Xidmət rəsmisi Vaqif Cavadov Oxu.az-ın sorğusuna cavab olaraq bildirirdi  ki, araşdırma zamanı sözügedən ünvanda “Teymuroğlu Construction” MTK tərəfindən tikinti işlərinin aparıldığı, lakin ərazidə ağac kəsintisi faktının olmadığı müəyyən edilib.Həmçinin, ərazidəki ağacların qeydiyyata alınaraq qorunub-saxlanılması məqsədilə MTK-nın rəhbərliyinə təhvil verilib.

 

Hazırda bir neçə saytda (27.12.2022-ci il tarixində yayılan xəbəri nəzərdə tutur-red) partiya sədrinin müavini tikinti şirkətini yaşıllıqları məhv etməkdə qınayır.Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli ağacların qırılıb-qırılmadığını bilmək istəyirsə buyurub o,da yoxlaya bilər,deyə-Elşən Qurbanov bildirdi.

 FAKTİNFO.AZ






 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi