PAKİSTANDAN İSRAİLƏ KRİTİK MESAJ - "Əgər İsrail nüvə silahı işlədərsə..." +

PAKİSTANDAN İSRAİLƏ KRİTİK MESAJ - "Əgər İsrail nüvə silahı işlədərsə..." + VİDEO-YENİLƏNİB

"Pakistan İsrailin İrana qarşı nüvə silahı işlətməsi halında cavab olaraq İsraili hədəfə alacağına dair zəmanət verib".

Faktinfo.az Azpolitika.info-ya istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri Möhsün Rızayi bildirib.

O, bu bəyanatla çıxış edərək İslam dünyasına İsrailə qarşı birgə mövqe sərgiləməyi çağırıb.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asıf da bu kontekstdə “Qərbin İsrailə verdiyi dəstək bölgədə fəlakətlə nəticələnə bilər” deyə xəbərdarlıq edib.

Türkiyə mediasının məlumatına görə, Pakistan diplomatik kanallar vasitəsi ilə ABŞ və Təl-Əvivə xəbardarlıq edib ki, İsrail İrana qarşı nüvə silahı işlədərsə İslamabad bunun cavabını verəcək. 

Qeyd edək ki, İsrailin mümkün nüvə silahı istifadəsi dünya ictimaiyyətində ciddi narahatlıq doğurur. 

Nüvə Silahlarının Qadağan Edilməsi Müqaviləsi (TPNW) kimi sənədlər bu silahların istifadəsini və yayılmasını tamamilə qadağan etsə də, nə İsrail, nə də Pakistan bu müqaviləyə tərəf deyil. 1970-ci ildə qüvvəyə minmiş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində isə İran tərəfdir, lakin İsrail bu sənədə qoşulmayıb.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi isə 1996-cı ildə verdiyi rəyə əsasən, nüvə silahlarının istifadəsinin ümumilikdə beynəlxalq hüquqa zidd olduğunu vurğulasa da, dövlətin sağ qalması kimi fövqəladə hallarda qadağanın dəqiq ifadə olunmadığını da qeyd edib.

Münaqişənin getdikcə dərinləşməsi, bölgəni daha böyük bir regional və beynəlxalq toqquşma təhlükəsi ilə üz-üzə qoyur.

***

Pakistandan nüvə silahı ilə bağlı yeni açıqlama

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, ölkəsi nüvə məsələsinə son dərəcə məsuliyyətli yanaşır və nüvə-raket proqramları sırf milli müdafiə və təhlükəsizlik məqsədlərinə xidmət edir.

Azpolitika.info xəbər verir ki, nazir, Pakistan hökuməti adından İsrailə nüvə zərbələrinin endirilə biləcəyi ilə baöğlı  yayılan xəbərləri təkzib edib.

Bildirib ki,  bu cür yalan məlumatların cəmiyyətdə çaşqınlıq yaradır.

Nazir hər kəsi analoji bəyanatlara qarşı ehtiyatlı olmağa və yalnız yoxlanılmış məlumatlara etibar etməyə çağırıb.

Qeyd edək ki, İsrailin nüvə hədələrinə cavab olıaraq Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asıf  İsrailin nüvə hədələrinə qarşı “Qərbin İsrailə verdiyi dəstək bölgədə fəlakətlə nəticələnə bilər” deyə xəbərdarlıq edib.

Türkiyə mediası isə məlumat yayıb ki, Pakistan diplomatik kanallar vasitəsi ilə ABŞ və Təl-Əvivə İsrail İrana qarşı nüvə silahı işlədərsə İslamabadın bunun cavabını verəcəyinə dair xəbardarlıq edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi