Pakistanla Hindistan arasında qarşıdurma gücləndi

Pakistanla Hindistan arasında qarşıdurma gücləndi 

Pakistanla Hindistan arasında siyasi gərginlik yenidən artmağa başlayıb.

Pakistan ölkəni terrora dəstək verməkdə ittiham edib.


Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına üzv olan ölkələrə məlumat verib. Qeyd olunub ki, Hindistan terrorun planlaşdırılması, təşviq edilməsi, dəstəklənməsi və tətbiq olunmasında iştirak edir.


Pakistan XİN-in yaydığı məlumata əsasən, bunu sübut edən sənədlər toplanıb.


Bildirilib ki, Hindistan terror təşkilatları olan “Cemaat-ül Ahrar”, “Pakistan Talibanı” (TTP), “Belucistan Azadlıq Ordusu”na son 3 ildə 22 milyard rupilik yardım edib.


Pakistanın bu addımı bir neçə gün əvvəl Kəşmir sərhədində iki ölkə arasında yaranan atışmadan sonra baş verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi