Parlamentin vitse-spikerinə TÖHMƏT VERİLDİ

Parlamentin vitse-spikerinə TÖHMƏT VERİLDİ 

Milli Məclis sədrinin müavini Rafael Hüseynova töhmət elan edilib.

Buna səbəb Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olan vitse-spikerin Milli məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.

 

 Belə ki, VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında bildirilib ki, VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışı nə etik, nə də siyasi baxımdan yolveriləndir: "Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir və ona töhmət elan edilməsi barədə qərar qəbul edilib"./modern.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi