Paşinyan etiraf etməsəydi Lukaşenko Qarabağın Azərbaycanın ərazisi olduğunu bilmirdi ki?

Paşinyan etiraf etməsəydi Lukaşenko Qarabağın Azərbaycanın ərazisi olduğunu bilmirdi ki? 

Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanın siyasətini tənqid edib və Azərbaycana dəstək verdiyini gizlətməyib. Ancaq Lukaşenkonun “44 günlük müharibədə uduzduqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndinin və bütün Qarabağın faktiki Azərbaycanın ərazisi olduğunu elan edəndə Vladimir Putin və mən heyrətləndik” cümləsini xoş qarşılamaq mümkün deyil.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Niyə heyrətləndiniz? Burada qəribə nə var? Paşinyan müharibədə məğlub olduğundan sonra reallıqla barışıb və Qarabağın Azərbaycan ərazisi olduğunu söyləmək məcburiyyətində qalıb. Lukaşenkodan əvvəl Rusiya Prezidenti Vladimir Putin də bu mövzuya bir neçə dəfə toxunaraq deyib ki, Qarabağın Azərbaycan ərazisi olduğunu Paşinyan tanıdığından, Rusiyanın edəcəyi heç nə qalmadı.

Putinin və Lukaşekonun məntiqlərindən belə çıxır ki, birincisi, Paşinyan müharibədə məğlub olmasına baxmayaraq, gərək Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydı, ikincisi, o, Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Moskva və Minskdən daha çox dəstək alardı. Yəni demək istəyirlər ki, Paşinyan Azərbaycanın işini asanlaşdırıb. Elə buna görə də nə Kremlə, nə də Minskə etibar etmək olar”, - politoloq vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər