
Paşinyan Putinin qadağasına alternativ tapdı
“Bu gün bir neçə işgüzar nümayəndə heyəti aktiv şəkildə işləyir. Artıq Ermənistandan qızılgüllərin və tərəvəzlərin ilk partiyaları ixrac üçün yola çıxıb”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yerli jurnalistlərin sualına cavab verərkən bəyan edib. Jurnalistin erməni məhsullarının hansı yeni bazarlara istiqamətləndirildiyi barədə sualına Baş nazir sirli şəkildə cavab verib: “Məhsullar mənzil başına çatsın, yalnız ondan sonra hansı ölkələr olduğunu açıqlayacağam”.
Rusiyanın tətbiq etdiyi embarqoya baxmayaraq, Paşinyan erməni sahibkarlara nikbin mesajlar ünvanlayıb və kənd təsərrüfatı məhsullarının batmayacağını iddia edib: “Heç bir məhsul anbarda qalmayacaq, bəli, bir dənə də olsun məhsul yerdə qalmayacaq! Onlar artıq tamamilə fərqli istiqamətlərə ixrac olunur. Və bu coğrafiya təkcə Avropa İttifaqı ölkələri ilə məhdudlaşmır”.
Xatırladaq ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya keyfiyyət standartlarına uyğun gəlməməsini bəhanə gətirərək, bir sıra erməni kənd təsərrüfatı və çiçək məhsullarının öz bazarına daxil olmasına kəskin məhdudiyyətlər qoyub. Ekspertlər bunu Kremlin İrəvana növbəti siyasi təzyiqi kimi qiymətləndirirlər.
Nikol Paşinyan həmçinin rəsmi olaraq söz verib ki, Ermənistan hökuməti Rusiyanın qəfil qadağaları və birtərəfli məhdudiyyətləri nəticəsində ciddi maliyyə zərərinə uğrayan yerli biznes subyektlərinə büdcədən xüsusi subsidiyalar ayıracaq və onları xilas edəcək./azpolitika.info












Bu xəbər üçün şərh yazın