Pənah Hüseyn yeni yaradılan dairədən namizəd olacaq –

Pənah Hüseyn yeni yaradılan dairədən namizəd olacaq – Özü açıqladı

“Azərbaycan Xalq Partiyası (AXP) parlament seçkilərində iştirak etməyə hazırlaşır”.

Faktinfo.az xəbər verir ki,bunu AzPolitika.info-ya açıqlamasında adıçəkilən partiyanın sədri Pənah Hüseyn bildirib. O, qeyd edib ki, hazırda partiyada namizədlərin dəqiqləşdirilməsi prosesi davam edir.

“Mən özüm 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm” – deyə, P. Hüseyn bildirib.

Qeyd edək ki, 2020-ci il 9 fevralda keçirilmiş növbədənkənar seçkilərdə Sabirabad-Şirvan seçki dairəsi mövcud olmayıb. Bu dairə Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin sentyabr ayında keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi nəticəsində yaranıb.

Həmin vaxta qədər 68 saylı dairə Cəlilabad kənd seçki dairəsi adlanırdı. Həmin dairədən YAP-ı təmsil edən poiltoloq Elman Nəsirov deputat seçilib.

Ötən ilin MSK-nın qərarına əsasən, Azərbaycan Respublikasının seçki dairələrinin siyahısı təsdiqlənərkən Cəlilabad kənd seçki dairəsinin də sıra sayı dəyişdirilib və 72 saylı dairə kimi qeyd olunub. Buna görə də, Elman Nəsirov Milli Məclisdə 72 saylı Cəlilabad kənd seçki dairəsini təmsil edir.

Növbəti parlament seçkilərində 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən ilk dəfə namizədlər irəli sürüləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi