Penitensiar xidmətdə yanğın zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib

Penitensiar xidmətdə yanğın zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib - FOTO

Faktinfo.az xəbər verir ki,Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında fövqəladə hadisələr, o cümlədən yanğın zamanı düzgün davranış qaydalarının aşılanması, əməkdaşların və yanğından mühafizə dəstələrinin xilasetmə üzrə peşəkar bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təlimlər, seminarlar və məşğələlər keçirilir.

İxtisaslaşdırılmış müalicə müəssisəsində təşkil edilmiş növbəti təlimdə yanğın zamanı ilkin müdaxilə üsulları, yanğınsöndürən vasitələrin düzgün tətbiqi, xilasetmə işlərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub və praktiki olaraq nümayiş etdirilib.

Penitensiar xidmətdə yanğın zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi