Prezident Nizami Xudiyevlə bağlı sərəncam verdi-

Prezident Nizami Xudiyevlə bağlı sərəncam verdi- Fərdi təqaüd...

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi