
Prezident onu vəzifəsindən azad etmişdi, sədr özünə müşavir təyin etdi
Xəbər verdiyimiz kimi, Ötən ay prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyev agentliyin sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə sədrin müşaviri təyin olunub. Bu barədə məlumatı Manset.az saytı yayıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, Hüsnü Quliyev artıq iki aydır ki, bu vəzifəni icra edir.
Redaksiyamıza daxil olan məlumata görə, o, keçmiş vəzifəsindən uzaqlaşdırıldığı elə həmin gün agentliyin sədri Vüsal Nəsirli tərəfindən müvafiq əmrlə yeni vəzifəyə təyin olunub.

Araşdırmamız zamanı bəlli olub ki, H.Quliyev iki ay öncə təyinat alandan dərhal sonra yeni vəzifəsini "LinkedIn" hesabında da qeyd edib.

Xatırladaq ki, mətbuatda dəfələrlə Hüsnü Quliyev birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sabiq sədr Saleh Məmmədovun əsas kadrı və komandasının ən etibarlı şəxslərindən biri kimi təqdim edilib.












Bu xəbər üçün şərh yazın