PREZİDENTDƏN SƏHİYYƏ NAZİRİ VƏZİFƏSİNƏ TƏYİNAT - Sərəncam + FOTO

PREZİDENTDƏN SƏHİYYƏ NAZİRİ VƏZİFƏSİNƏ TƏYİNAT - Sərəncam + FOTO 

Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə T.Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər