Prezidentin oğlu istefa verdi –Narkotiklə bağlı sensasion ittiham

Prezidentin oğlu istefa verdi –Narkotiklə bağlı sensasion ittiham 

Filippin Prezidenti Rodriqo Dutertenin oğlu və Davao şəhərinin bələdiyyə sədrinin müavini Paolo Duterte narkotik ticarəti ilə məşğul olması ilə bağlı iddialara görə istefa verib.

Paolo Duterte ittihamlarla razılaşmayaraq, etibarını zədələmək üçün böhtan atıldığını bildirib.

Qeyd edək ki, hələ Davao şəhərinin bələdiyyə sədri olduğu müddətdə Dutertenin başladığı narkotiklə mübarizə kampaniyası onun prezidentliyi müddətində də davam edib və narkotik ticarətində şübhəli bilinən təxminən 3 min insanın həyatını itirməsi ilə nəticələnib. Filippin Prezidenti oğlunun narkotik ticarətində təqsirli bilinəcəyi halda onu öldürəcəyini bildirib.

Filippin hakimiyyət dairələrində isə Paolo Dutertenin istefası birmənalı qarşılanmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi