
Professorun oğlu yol qəzasında həyatını itirdi - FOTO
Bakı-Quba magistralında faciəvi yol qəzası baş verib.
Yol-nəqliyyat hadisəsi magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində paytaxt sakini Tural Əliyev həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dünyasını dəyişən Tural Əliyev iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Ümüdvar Əliyevin oğludur.
Qeyd edək ki, mərhumun yas mərasimi bu gün Heydər Məscidində veriləcək.
Allah rəhmət eləsin!
/Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın