“Pul verib Türkiyədə verilişlərə çıxır, deyir ki, Azərbaycanın Sibel Canıyam..."

“Pul verib Türkiyədə verilişlərə çıxır, deyir ki, Azərbaycanın Sibel Canıyam..." 

“Hal-hazırda Türkiyədə, Qaziantepdə “Çingənə qızı Zeugma” adlı filmdə baş rolda çəkilirəm. Ekran işi komediya janrındadır və rejissoru Kamil Çetindir.

Filmdə məndən başqa Ulaş Torun, Turgay Tanülkü, Serkan Şengül, Deniz Oral, Kubilay Penbekçioğlu, Didem Taslan, Zeynep Gülmez, Seher Terzi kimi tanınmış simalar da rol alıb. Türkiyədə film və serial sektoru çox irəlidədir və bütün dünya türk seriallarını izləyir”.Bunu Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı aktrisa Aysel Nazim bildirib. O daha sonra əlavə edib.

“Türkiyə hər zaman mənə doğma olub və burada daha çox imkanlara sahibəm. Azərbaycanda qalıb yerimdə saymaq istəmədim, illər keçir və keyfiyyətli işlərlə tamaşaçıların qarşısına çıxmaq istəyirəm. Bizim rejissorlarımızda iş disiplini və doğru kastinq seçimi yoxdur. Tanış-tunuşla kimisə filmdə çəkmək olmaz. Düşünürəm ki, Azərbaycanda edə biləcəyim hər şeyi etmişəm. İstərdim ki, bundan sonra da Azərbaycan-Türkiyə ortaq seriallarında, filmlərində rol alım. Həm də istəyirəm ki, özümün də iki qardaş ölkə üçün böyük layihələrim olsun. Bunun üçün də Türkiyədəyəm. Artıq 2 il yarımdır. Türkiyəyə gələndə Azərbaycandan bir film və bir seriala təklifi gəldi, amma qonorar az olduğu üçün çəkilmək istəmədim” deyə aktrisa bildirib.

Aysel Nazim sənəti Türkiyədə layiqincə təmsil etməyən həmkarlarından da danışıb.

“Çox üzücü haldır ki, bəzi sənətçilərimiz Türkiyədə verilişlərə pul ödəyib çıxırlar. İstərdim ki, tanınıb, sevilib verilişlərə dəvət alsınlar. Təbii ki, söhbət hamıdan getmir. Son günlər görürəm ki, sosial mediada həmin sənətçiləri gülüş hədəfinə çeviriblər. Niyə efirlərə çıxırsan, hələ bu azmış kimi özünü güldürürsən də. Türkiyədə efirlərə çıxanda biri deyir ki, Azərbaycanın Tarkanıyam, digəri də deyir ki, mən Azərbaycanın Sibelcanıyam. Niyə özünüzü kiməsə oxşadırsınız ki? Sən özün ol, öz sənətinlə sevil. Amma Türkiyədə tanınan sənətçilərimiz də var. Bunlara Azər Zeynalov, Röya Ayxan və Üzeyir Mehdizadəni misal göstərmək olar” deyə aktrisa bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi