
Putin özünü rəhmli göstərir, əslində isə... - Tramp
Rusiya Prezidenti Vladimir Putin hər zaman rəhmli davranmağa çalışır, lakin əslində çox yalan danışır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bu müharibə (Ukrayna müharibəsi – red.) əslində olmamalı idi. Xeyli insan öldü, bu savaş bitməlidir. Putin bizə çoxlu cəfəngiyyat danışır. O, hər zaman özünü rəhmli göstərir, amma bu, heç bir məna kəsb etmir”, - deyə Ağ Ev rəhbəri bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın