
Putin və Donald Tramp arasında danışıqlar başlayıb - VİDEO
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar başlayıb. Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur.
Danışıqlar “üçün üçə” formatında keçirilir. ABŞ tərəfdən görüşdə prezident Donald Tramp, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir.
İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb. Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıb.
Danışıqlar medianın iştirakı olmadan davam edir. Görüşün 6-7 saat davam edəcəyi gözlənilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın