"Putin və tərəfdarları unudurlar ki, totalitarizm əbədi deyil, əksinə hər an çökə biləcək sistemdir"

"Putin və tərəfdarları unudurlar ki, totalitarizm əbədi deyil, əksinə hər an çökə biləcək sistemdir" - XAQANİ CƏFƏRLİ

"Özlərini postsovet məkanın ağası hesab edən Moskva siyasətçiləri xalqların avtoritarizmə qarşı çıxışlarına hər cürə böhtan atmağı özlərinə rəva gördükləri kimi, xalqa qarşı zorakılıqları da təşviq edirlər"

"Xalqların avtoritarizmə qarşı çıxışları, azadlıq və ədalət uğrunda mübarizələri dərhal Moskvanın hakim dairələrində isterika yaradır. Özlərini postsovet məkanın ağası hesab edən Moskva siyasətçiləri xalqların avtoritarizmə qarşı çıxışlarına hər cürə böhtan atmağı özlərinə rəva gördükləri kimi, xalqa qarşı zorakılıqları da təşviq edirlər". 

Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq bildirib ki, Qazaxıstanda etirazlar başlayanda Rusiya qanunverici orqanın aşağı palatası olan Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Oleq Matveyçev Nazarbayev-Tokayev rejiminə qarşı çıxanlara, facebook-da Nazarbayevin tezliklə hakimiyyətdən getməsini arzulayan sahibkarlara qarşı zorakılığa çağırış edib: "Rusiya prezidenti Vladimir Putinin lideri olduğu “Vahid Rusiya” partiyasının deputatı Oleq Matveyçev həmin zorakılığı belə təsəvvür edir: “Onları talamaq, arvadını zorlamaq, maşını yandırmaq, selfi çəkmək üçün anuslarına çubuq soxmaq lazımdır”. Talibandan daha təhlükəli olan totalitar rus zehniyyəti bundan ibarətdir. “Vahid Rusiya” partiyası tərəfindən deputat Oleq Matveyçevin bu mövqeyinin pislənməməsi, onun partiya sıralarından çıxarılmaması isə onu göstərir ki, Putinin bütün komandası xalq etirazlarına və xüsusilə də rus olmayan xalqlara belə münasibət bəsləyir".

Xaqani Cəfərlinin fikrincə, Putin və onun tərəfdarları unudurlar ki, totalitarizm əbədi deyil, əksinə hər an çökə biləcək sistemdir.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi