“Putinin qələbəsi NATO-nun çökməsinə səbəb ola bilər” –

“Putinin qələbəsi NATO-nun çökməsinə səbəb ola bilər” – “The Telegraph”

Putinin qələbəsi dünyanın ən uğurlu ittifaqı hesab olunan NATO-nu çökdürə bilər.

Bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşrində dərc olunan məqalədə bildirilir.

Nəşr Rusiyanın Ukrayna üzərində mümkün qələbəsinin geri dönməz dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb.

"Ukraynanın mübarizəsi təkcə öz varlığı üçün deyil, həm də qlobal nizam üçün mübarizədir. Bu, Avropanın təhlükəsizliyinin qorunması məsələsidir. Rusiya  Ukraynadan sonra Baltikyanı ölkələr və ya Polşa kimi NATO müttəfiqlərinə hücum edərsə, sözügedən hərbi ittifaqın parçalanma təhlükəsi baş verə bilər. NATO həmişəkindən daha güclü olmalıd və kollektiv müdafiəyə üstünlük verməlidir ", - deyə məqalədə qeyd olunub./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi