"Qarabağ Azərbaycandır" deyir, digər tərəfdən isə...

"Qarabağ Azərbaycandır" deyir, digər tərəfdən isə... -Çavuşoğlu

Ermənistanın dedikləri və hərəkətləri arasında çox uyğunsuzluq var.

Faktinfo.az Axar.az-a istinadla  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Azərbaycan səmimidir. Sülh istəyir, təklif edir. Ermənistan isə bir tərəfdən "Qarabağ Azərbaycandır" deyir, digər tərəfdən Qarabağa fərqli yollarla silahlı dəstələr göndərir.

Madam ki, sülh istəyirlər, silahlı dəstələri nə üçün göndərirlər? Bəyanat imzalandı, amma Zəngəzur dəhlizilə bağlı addım atmadılar. Avropa ölkələri, Qərb də Ermənistanın Qarabağa qeyri-qanuni olaraq silah və əsgər göndərdiyini təsbit edib”, - Çavuşoğlu qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi