Qarabağ İcmasının yeni İdarə Heyəti məlum oldu –

Qarabağ İcmasının yeni İdarə Heyəti məlum oldu – Üzvlər dəyişdi + SİYAHI

Bir müddət öncə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinə yeni sədr və müavinlər seçildi.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev qurumun yeni sədri, Asif Cahangirovla, Elçin Əhmədovu isə sədr müavinləri oldular. Qurultaydan bbir aya yaxın vaxt ötməsinə baxmayaraq, İcmanın İdarə Heyətinin yeni üzvlərinin sihyahısı açıqlanmamışdı. Nəhayəıt buna da aydınlıq gətirildi.

Modern.az saytı “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin yeni üzvlərinin siyahısını əldə edib.

İcmanın hazırkı İdarə Heyətində 23 üzv təmsil olunur. Vəfat etmiş keçmiş üzvlər Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simalar seçilib.

Onlardan başqa Vaqif Fərzəliyev, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov,  Cavid Əliyev,  Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov da İdarə Heyətinə üzvlükdən azad ediliblər.

Modern.az “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətindəki yeni üzvlərin siyahısını təqdim edir:

S/s

Soyadı, adı, atasının adı

Təvəllüdü, doğulduğu yer

 

Yaşayış yeri

 

İş yeri və vəzifəsi

Qeyd

1.

Gəncəliyev Tural Babaşah oğlu
1980, Şuşa şəhəriBakı şəhəriAzərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq Hüquq və müqavilələr  idarəsində birinci katibİdarə Heyətinin sədri

2.

Cahangirov Asif Əbülfət oğlu1958, Ağcabədi rayonuBakı şəhəri2018-ci ilədək Vergilər Nazirliyinin aparatının rəhbəri, Departament rəhbərinin müaviniİdarə Heyəti sədrinin müavini – İctimai Birliyin fəaliyyətinin əlaqələndiricisi

 3.

Əhmədov Elçin İldırım oğlu1967, Şuşa şəhəriBakı şəhəriAR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoruİdarə Heyəti sədrinin müavini

 4.

Səfərov Bayram Əsəd oğlu1951, Şuşa şəhəriBakı şəhəriŞuşa Rayon Icra Hakimiyyətinin  başçısı

5.

Bədəlbəyli Fərhad Şəmsi oğlu1947, Bakı şəhəriBakı şəhəriBakı Musiqi Akademiyasının rektoru, professor

6.

Rzayev Rövşən Şükür oğlu1962, Bakı şəhəriBakı şəhəriAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

 7.

Abdullayev Kamal Mehdi oğlu1950, Bakı şəhəriBakı şəhəriAzərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik

8.

Polad Bülbül oğlu1945, Bakı şəhəriMoskva şəhəriAzərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri

9.

Adıgözəlzadə Murad Zöhrab oğlu1973, Bakı şəhəriBakı şəhəriAzərbaycan Dövlət Filarmoniyasının direktoru

10.

Usubov Şahmar Şahhüseyn oğlu1953, Xocalı kəndiGoranboy rayonuXocalı Rayon İcra Hakimiyyətinin başçısı

11.

Məmmədov Elman Camal oğlu1950, Xocalı kəndiBakı şəhəriAzərbaycan Respublikası Milli Məclisinin deputatı

12.

Bağırov Elməddin Mirzə oğlu1981, Xocalı kəndiGoranboy şəhəriXocalı rayon Gənclər və İdman idarəsinin rəisi

13.

Hüseynova Samirə Bakir qızı1979, Xocalı kəndiBakı şəhəriXocalı şəhər 2 saylı tam orta məktəbinin müəllimi

14.

Ağayeva Dürdanə Allahverdi qızı1972, Xocalı kəndiBakı şəhəriXəzər rayonu Buzovna qəsəbəsi rabitə şöbəsində  rabitəçi

15.

Ələkbərov Ceyhun Vəkil oğlu1976, Xocalı kəndiBakı şəhəriEfiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı

 16.

Quliyev Qalib Bəyməmməd oğlu1986, Xocalı kəndiGəncə şəhəri“Xocalının səsi” qəzetinin baş redaktoru

 17.

Hüseynov Eyvaz Mövsüm oğlu1959, Xocavənd rayonuBeyləqan rayonuXocavənd Rayon İcra Hakimiyyətinin başçısı

18.

Əliyev Ceyhun Şəfahət oğlu1975, Xocavənd rayonu Kuropatkin kəndiBakı şəhəri“PROSYS” (kompüter proqramlaşdırması) MMC-nin baş meneceri

19.

Cəfərov Fuad Fazil oğlu1985, Xocavənd rayonuBakı şəhəri“PAŞA Bank” ASC-nin eksperti

20.

Mövsümlü Nigar İlyas qızı1998, Bakı şəhəriBakı şəhəri“Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini

21.

Qasımova Flora Qasım qızı1947, Xankəndi şəhəriBakı şəhəriAzərbaycan Respublikası Milli Məclisinin deputatı

22.

Vəliyeva Xatirə Yusif qızı1965, Xankəndi şəhəriBakı şəhəriBakı şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin həkim-laborantı

23.

Qafarov Ramiz Yapon oğlu1961, Ağdərə rayonuBərdə rayonuAğdam RİH başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib.

20 dekabr 2018-ci il tarixində qurumun II Qurultayı keçirilib, yeni sədr, müavinlər və İdarə Heyərti seçilib.

İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi