Qarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabı

Qarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabı çapdan çıxıb - FOTOLAR

Qarabağ Universiteti nəşriyyatının adı ilə ilk dəfə "Zəfərə gedən 44 addım" kitabı çapdan çıxıb.

Faktinfo.az xəbər verir ki, "Zəfərə gedən 44 addım" kitabının müəllifi Qarabağ Universitetinin  riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Məmmədova Fatimə Ramiz qızıdır.Kitaba nəzər yetirdikdə həm tarixin əhəmiyyətli səhifələrinə varmaq , həm də ki,riyazi düşüncənin zəfərin planlaşdırılmasında,hərbi əməliyyatların aparılmasında vacib element kimi əhəmiyyətli rolunu görmək mümkündür.Bu mənada müəllif kitabın adında 44 rəqəmini təsadüfdən seçilməyib və 44 rəqəminin  riyazi əhəmiyyətindən bəhs edib.

Belə ki, kitabın ilk hissəsində 44 riyazi sual yer alıb.Bu sualların cavabı da elə suallarla verilibdir.Məsələn,ilk riyazi sualın cavabı 8 rəqəmidir.Cavab bölməsində belə qeyd olunub : Zəfər günü nə zaman qeyd olunur? 

Yəni bütün hallarda müəllif üçün riyazi məntiq önəm kəsb edir.

Kitabın xüsusi bir özəlliyi də var.Kitabda "Zəfər məramı" başlığı altında suallar verilib.Bu sualları işləyib cavabı tapdıqdan sonra əlifba sırasının hansı hərifi işarə etdiyi tapılır.Nəticədə ümumi cavab: QARABAĞ AZƏRBAYCANDIR! alınır.


Həmçinin qeyd edək ki, "Zəfərə gedən 44 addım" kitabında Vətən müharibəsi qəhrəmanlarının adları da yer alıb.

Fuad İsgəndərov 

Faktinfo.az saytının baş redaktoru











Qarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabıQarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabıQarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabıQarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabıQarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabıQarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabıQarabağ Universitetində ilk dəfə: "Zəfərə gedən 44 addım" kitabı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi