"Qarabağ"dan tarixi nəticə - bir qol, bir xal

"Qarabağ"dan tarixi nəticə - bir qol, bir xal 

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tur çərçivəsində səfərdə İspaniyanın "Atletiko Madird" klubu ilə qarşılaşan "Qarabağ" növbəti uğura imza atıb.

Faktinfo.az xəbər verir ki, Ağdam təmsilçisi nüfuzlu klub turnirində qrup mərhələsində ilk dəfə səfərdə "Vanda Metropolitano" arenasında qol vurub və növbəti xalını qazanıb. "Qarabağ"ğın heyətində qolu 40-cı dəqiqədə Miçel vurub.

Oyunun ikinci hissəsi komanda üçün uğurlu başlamayıb. 56-cı dəqiqədə Atletiko Madridin futbolçusu Thomas "Qarabağ"ın qapısından top keçirdi. Oyunun baş hakimi Deniz Aytekin 59-cu dəqiqədə Pedro Enrikeyə kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib.

Bu da oyunda sonuncu qırmızı vərəqə olmayıb. Oyunun sonlarına yaxın hakim rəqib oyunçu Saviçi meydandan kənarlaşdırıb.

Oyun 1-1 hesablı bərabərliklə sona çatıb. Bakıda keçirilən ilk oyunda 0-0 hesablı bərabərlik qeydə alınmışdı.

Qrupun digər oyununda Çelsi səfərdə Romaya 3-0 hesabı ilə məğlub olub.

4-cü turdan sonra hazırda 8 xalla Roma qrup lideridir. Liderdən 1 xalla geri qalan Çelsi 2-ci, "Qarabağ"ı hər iki oyunda məğlub edə bilməyən "Atletiko Madrid" 3 xalla üçüncü, "Qarabağ" 2 xalla sonuncudur.

Matçdan sonra mətbuat konfransı keçirən klubun baş məşqçisi Qurban Qurbanov bunları deyib:

"Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. “Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi