Qardaş ölkədən qürurlandıran uğur - Tankların kabusu

Qardaş ölkədən qürurlandıran uğur - Tankların kabusu 

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən ASELSAN tank əleyhinə raket sistemi 2-dən 8-ə qədər tank əleyhinə raketi daşıya bilir.

Faktinfo.az Publica.az-a istinadən xəbər verir ki, sistem kompüter nəzarətli atış qabiliyyəti sayəsində gecə və gündüz, həmçinin hər cür hava şəraitində quru hədəfləri nişan ala bilir.

Sistem raketlərlə yanaşı, yaxın məsafədən mühafizə məqsədli 7.62, 12.7 və ya 25 mm kalibrli pulemyotla təchiz edilə bilər. Birləşdirildiyi avtomobil üzərindən hədəfi hərəkət halında olsa belə, dəqiq nişan alır və onu izləyir. Atış sistemi iki istiqamətdə sabitləşir və lazer məsafəölçən ilə dəstəklənir. Sistem maşının daxilində yerləşdirilən operator tərəfindən idarə edilir.

Raket sistemi 360 dərəcə fırlanma imkanına sahibdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi