
Qazaxda icra hakimiyyətinin 2021-ci ildəki əməli indi üzə çıxdı / FOTOFAKT
Qazax rayonunun Heydər Əliyev prospekti və digər iki küçəsində su-kanalizasiya sisteminin çəkilişindən sonra yollara vurulan asfaltın keyfiyyətsiz olması narahatlıq yaradıb.
2021-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında yayılan məlumatda bu ərazilərdə su-kanalizasiya işlərinin yekunlaşdığı və asfalt çəkilişinə başlandığı bildirilmişdi. Lakin son vaxtlar ərazidən çəkilmiş fotolar asfaltın keyfiyyətsizliyini bir daha üzə çıxarıb.
32gun.az-ın qaynar xəttinə daxil olan şəkillər göstərir ki, asfalt örtüyü son dərəcə nazikdir və buna görə yollar qısa müddətdə dağılıb. Nəticədə, yenidən söküntü işlərinə başlanılıb. Bu vəziyyət İcra Hakimiyyətinin xüsusi nəzarəti altında aparıldığı bildirilən yol tikintisi işlərində ciddi nöqsanların olduğunu göstərir.
Asfaltın nazik çəkilməsi yolun tez bir zamanda yararsız hala düşməsinə səbəb olub. Yollar bir müddət sonra uzun illər boyu dağılmış, çatlarla dolu vəziyyətdə qalıb.
Mütəxəssislərin fikrincə şəkildə göstərilən ərazidəki asfaltın qalınlığı cəmi 3-4 sm-dir.




Bu xəbər üçün şərh yazın