"Qəbələ" məğlub oldu, "Zirə"dən ilk qələbə

"Qəbələ" məğlub oldu, "Zirə"dən ilk qələbə 

Azərbaycan Premyer Liqasında VII tura star verilib.

Turun ilk matçında "Zirə” "Qəbələ”ni qəbul edib. "Dalğa Arena”da baş tutan qarşılaşma "Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 85-ci dəqiqədə Miloş Radivoyeviç vurub. Çempionatda ilk qələbəsini qazanan qəsəbə təmsilçisi 4 xalla 7-ci pilləyə yüksəlib. "Qəbələ” isə 5 xalla 6-cı yerdədir.

Turun digər matçında "Səbail” "Sumqayıt”ı 2-0 məğlub edib.

Qeyd edək ki, günün son matçında "Neftçi” – "Sabah” komandaları qarşılaşır.

Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi