"Qələt edib onu döyüblər"-

"Qələt edib onu döyüblər"- - Novella Cəfəroğlu

“Tofiq Yaqublunun döyüldüyü məlumdur, elə onun gözlərindən bilinir.

Hazırda araşdırma işi aparılır, istintaq gedir. Hər şey aydın alacaq. Tofiq Yaqublunu məndən çox istəyən yoxdur. Onun özünü də, elə qızını da həbs edəndə yüz dəfə qapılara getmişəm. Qələt edib onu döyüblər. O, döyülməməli idi. Elə bilirsiz, biz gedib deyirik ki, yaxşı edib döyümüsüz?! Əlbəttə ki, yox. Biz hər zaman döyməyi və təhqir etməyi pisləşmişik”.

Bunu Pravda.az-a açıqlamasında Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Milli Şuranın üzvü Tofiq Yaqublunun döyülməsi və həbsdə olan Saleh Rüstəmovun işi barədə danışarkən deyib.

N.Cəfəroğlu sözügedən məsələlərlə bağlı narazılığını ifadə edib: “Biz yalnız onlar barədə deyil, həbsxanada yatan hər kəs haqqında danışmalıyıq. Deyirlər ki, guya biz 3 ildir ki, Saleh Rüstəmovun yanına getmirik. Yalandır, biz ötən 3 ildə onun işi ilə mütəmadi məşğul olmuşuq. Pandemiya dövründə müəyyən məhdudiyyətlər var idi. Qardaşı ilə görüşməyə, yaxınları ilə danışmağa şərait yaradılmırdı. Biz müəyyən tədbirlər görərək vəziyyəti yaxşılaşdırmışıq. Saleh Rüstəmovun vəziyyəti ilə bağlı Çingiz Sultansoy Avropadan məsləhət verir. Gəlin, burda oturun, burdan etirazınızı bildirin. Müəyyən işlər görən, əlindən gələni edən yeganə 3 nəfər xanımıq, amma bizi də bombardmana tutublar. Biz daxili işlər naziri Vilayət Eyvazovla Saleh Rüstəmovun məsələsi ilə bağlı da danışmışıq, dəfələrlə müraciət edərək siyasi məhbusların buraxılmasını istəmişik. Bildirmişik ki, belə olan halda mitinqlər keçirilməz, bizim də başımız dinc qalar. Avropadan zəng edib deyirlər ki, bacıma, qardaşıma söz deyiblər, qarşısını alın. Almışıq. Həbsxanalara gedib məsələ həll etmişik, ciblərinə pul qoymuşuq. Bəsdirin də! İndi də Tofiqin ortaya çıxmağı Salehi gündəmdən çıxartdı”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi