Qənirə Paşayevanın xəstəxanaya yerləşdirilməsi xəbəri...

Qənirə Paşayevanın xəstəxanaya yerləşdirilməsi xəbəri... 

Deputat Qənirə Paşayevanın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı olması və onun səhətində hələ ki,müsbət irəlləyişin olmaması seçiciləri tərəfindən də narahatlıqla izlənilir.

Bu barədə Faktinfo.az-a Tovuz rayonunun Vahidli,Dondar Quşçu kəndlərindən məlumat verilib.Bildirilir ki,seçiciləri və rayon ictimaiyyəti Qənirə Paşayevanın sentyabrın 24-də gecə 03 radələrində ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə yerləşdirilməsi xəbərini narahatçılıq hissi ilə qarşılayıblar.Hazırda onun səhəti ilə bağlı mətbuatı izləyən,Qənirə Paşayevaya uca ALLAHDAN şəfa diləyənlər kifayət qədərdir.

Qeyd edək ki,Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın son durumu ilə bağlı açıqlama verib.Baş həkim Qənirə Paşayevanın vəziyyətinin hələ də ağır olduğunu bildirib.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi