Qərb Kaspi Universitetində İdeya bankı yaradılıb

Qərb Kaspi Universitetində İdeya bankı yaradılıb 

Qərb Kaspi Universitetində İdeya bankı yaradılıb. İdeya bankı tələbələrə öz elmi-texnoloji, innovativ ideyalarını gerçəkləşdirməyə, biznes layihəyə çevirməyə imkan yaradacaq.

Faktinfo.az-a Universitetin Texnoparkından verilən məlumata görə, ideyanın gerçəkliyə çevrilməsi bir neçə mərhələdən keçəcək: tələbə öz ideyasını banka daxil edəcək, ideya mütəxəssislər tərəfindən nəzərdən keçirildikdən sonra Texnoparkın nəzdində yaradılan Prototip Texnologiya Mərkəzinə yönəldiləcək.

Daha sonra layihənin prototipi hazır olduqda o, Biznes İnkubatora ötürüləcək.

Relallaşdırılacaq prototip və biznes layihə hazır olduqda onun üzərində Startup Mərkəzində iş başlayacaq. Startup Mərkəzində layihə potensial alıcılara təklif ediləcək və ya müəllif pay sahibi kimi saxlanılmaqla investisiya cəlbi üçün köməklik göstəriləcək.

İdeyaların toplanması üçün universitetin ən yeni tədris binasının foyesində və kitabxanada kompüter yerləşdirilib. Eyni zamanda ideyaları elektron qaydada - [email protected]ə göndərmək mümkündür.

Qərb Kaspi Universitetində İdeya bankı yaradılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi