Qərb Rusiyada dövlət çevrilişinə hazırlaşır?

Qərb Rusiyada dövlət çevrilişinə hazırlaşır? - Peskovdan açıqlama

Kremlin sözçüsü Dmitri Peskov Putinin keçmiş müşaviri Sergey Qlazyevin Rusiyada planlaşdırıldığı iddia edilən dövlət çevrilişi ilə bağlı ehtimalını təkzib edib.

TASS  xəbər verir ki, Kremlin nümayəndəsinin sözlərinə görə ölkədə siyasi sabitlikdir.

 “Təəssüf ki, mən Qlazyevin qənaətlərinin nəyə əsaslandığını bilmirəm, ona görə də heç nə deyə bilmərəm” -  Peskov əlavə edib.

 Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lər Qlazyevin Qərbin Rusiyada dövlət çevrilişinə hazırlaşdığı bəyanatı ilə bağlı məlumat yaymışdı./pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi