Qərbi Kaspi Universiteti memorandum imzaladı:

Qərbi Kaspi Universiteti memorandum imzaladı: Tələbələr Koreya Elm və Texnologiya Universitetində təhsil ala biləcəklər

Qərbi Kaspi Universiteti və Koreya Elm və Texnologiya Universiteti arasında memorandum imzalanıb.

2019-2024-cü illəri əhatə edən əməkdaşlıq razılaşmasına əsasən universitetlər arasında akademik və administrativ heyətin əməkdaşlığı, tələbə mübadiləsi, ortaq tədqiqat fəaliyyətləri, mühazirə və seminarların təşkili nəzərdə tutulur.

Eyni zamanda sənəd Qərbi Kaspi Universitetinin tələbələrinə daha yaxşı şərtlərlə Koreyada qısa və uzunmüddətli təhsil və təcrübə imkanı yaradacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi