Qərbi Kaspi Universiteti yüksək yerdə qərarlaşıb-

Qərbi Kaspi Universiteti yüksək yerdə qərarlaşıb- "QS Biznes Magistr reytinqləri-2024”-ün nəticələri açıqlanıb

"Quacquarelli Symonds (QS) Biznes Magistr reytinqləri-2024”-ün (Business Master’s Rankings) nəticələri açıqlanıb.

Reytinq 765 Biznes Magistr proqramını özündə əhatə edir.

Faktinfo.az xəbər verir ki,Azərbaycandan Qərbi Kaspi Universiteti dünya reytinqində Maliyyə ixtisası üzrə 151+ yerdə qərarlaşıb. Bu göstərici ilə sözügedən universitet "University of South Florida", "Bologna University Business School", "University of Liverpool Management School", "Manchester Metropolitan University" kimi nüfuzlu ali təhsil ocaqları ilə eyni sırada yer alıb.

Xatırladaq ki, QS Maliyyə üzrə magistr proqramları reytinqi müxtəliflik (Diversity), məzun nəticələri (Graduate Outcomes), düşüncə liderliyi (Thought Leadership), məşğulluq (Employment) kimi indikatorlara əsaslanır.

QS (Quacquarelli Symonds) təşkilatı isə universitetlərin müxtəlif sahələr üzrə göstəricilərini müəyyən edən reytinq təşkilatıdır. Reytinq barədə əlavə məlumat üçün bu keçiddən istifadə etmək olar: https://www.topuniversities.com/business-masters-r...



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi