"Qəzet oxuyan yoxdur,dünyada ən az kitab oxuyan millətik"-

"Qəzet oxuyan yoxdur,dünyada ən az kitab oxuyan millətik"- Deputat

"Nəşriyyatlar can verir.

" Qəzetlər can verib qurtarıb artıq".Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, yanvar ayından etibarən kağız üzərindən ƏDV götürülməli idi: "İndi nə kitab, nə də qəzet oxuyan var. Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik".

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edib: "Belə statistikaya rast gəlməmişəm. Kitab oxuyan hər zaman oxuyar". 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi