
“Qəzzada bu gün baş verənlər dəhşətlidir" - "Mülki şəxslərin kütləvi qətlini müşahidə edirik”
İsrailin Qəzza şəhərinə genişmiqyaslı quru hücumu yaşayış məntəqəsinin sistemli şəkildə dağıdılmasıdır.
APA.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş bildirib.
“Qəzzada bu gün baş verənlər dəhşətlidir. Biz rayonların kütləvi dağıdılmasını, Qəzza şəhərinin sistemli şəkildə yerlə-yeksan edilməsini görürük. Biz mülki şəxslərin kütləvi qətlini müşahidə edirik və mən baş katib olduğum müddətdə heç bir münaqişədə belə bir vəziyyətə rast gəlməmişəm”, – deyə o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın