Qəzzadan Qətərə dəstək

Qəzzadan Qətərə dəstək 

Qəzzalılar bəzi ərəb ölkələrilə böhran yaşayan Qətərə dəstək olmaq üçün cümə namazlarını Xan Yunus şəhərindəki Hamad bin Xəlifə Al Sani məscidində qılıblar.

Faktinfo.az xəbər verir ki,Qatarın Qəzza Zolağının cənubunda  Xan Yunus şəhərində inşa etdirdiyi Hamad bin Xəlifə Al Sani məscidinə gələn onlarla fələstinli namazlarını burada qılaraq Doha rəhbərliyinə dəstək veriblər. Məscid imamı Şeyx Əmir Əbül Umrayn cümə xütbəsində "Kömək etmək müsəlmanların vəzifəsidir" deyə bildirib. "Qətərın Qəzzaya etdiyi yaxşılıqları heç kəs inkar edə bilməz. Burada xəstəxanalar, məscidlər inşa edib, kimsəsizlərə yardım etdilər. Fələstin xalqı bu yaxşılıqları unutmaz” deyə imam əlavə edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Misir və Yəmən 5 İyunda "terror qruplarını dəstəklədiyi" ittihamı ilə Qətərə sanksiya tətbiq ediblər. Ölkələrinin hava sərhədini Qətərin üzünə bağlayan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxarılmasını istəyib,  Qətərin quru sərhəddini bağlamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi