Qəzzadan Qətərə növbəti jest

Qəzzadan Qətərə növbəti jest 

Qəzzalılar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir tərəfindən terrorçu siyahısına salınan Qətərin iki xeyriyyə təşkilatına dəstək vermək üçün nümayiş təşkil edib.

Faktinfo.az xəbər verir ki, Fələstində fəaliyyət göstərən Humanitar Yardım Təşkilatları Birliyinin çağırışı əsasında Qəzza Zolağının Deyr əl-Bəlx şəhərində təşkil edilən nümayişə onlarla fələstinli qatılıb. Qəzzada qidaya ehtiyacı olan şəxslərə əhəmiyyətli yardım göstərən Qətər Yardım Dərnəyi və Şeyx Eyd Al Sani Yardım Dərnəyi adlı xeyriyyə təşkilatlarının terrorçu siyahısına salınmasına reaksiya göstərən fələstinlilər "Qətər Qəzzadakı həyatın şah damarıdır" yazılı şüarlarla çıxış ediblər.

Qeyd edək ki, nümayiş zamanı üç min qətərli ailəyə qida paylanılıb və eyni zamanda Qətərin Qəzzada 25 min ailəyə kömək etdiyi fikri səsləndirilib.

Şirvan Balabəyli

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi