Qəzzafinin oğlu keçiriləcək prezident seçkilərində iştirak edəcək

Qəzzafinin oğlu keçiriləcək prezident seçkilərində iştirak edəcək 

Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafi prezident seçkisində iştirak edəcək.

Bunu Misir mətbuatına açıqlamasında Qəzzafinin oğlunun rəsmi nümayəndəsi Basem əl-Həşim əs-Sulya söyləyib.

“Növbəti prezident seçkisi 2018-ci ildə keçirilə bilər. Bu seçkidə Seyf əl-İslam da namizədliyini irəli sürmək niyyətindədir. Qəzzafi Liviyadakı bütün konflikt tərəfləri ilə razılaşmağı və ölkədə təhlükəsizliyi təmin etməyi planlaşdırır”, – deyə o bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi