Qiyamət anonsu: “Okeanlar və dənizlər sürətlə istiləşir!”

Qiyamət anonsu: “Okeanlar və dənizlər sürətlə istiləşir!” 

Aparılan son araşdırmalara görə, son 25 ildə okeanlarda istiləşmə təxmin ediləndən çox olub.

Alimlər okeanların və dənizlərin istiləşməsinin əvvəlkinə nisbətən 60 % artdığını bildirib. Əldə olunan son məlumatlar göstərir ki, dünya karbondioksidə qarşı daha həssasdır.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Nature” jurnalında dərc olunan nəticələrə görə dünyanı qlobal istiləşmənin təsirlərindən qorumaq düşünüləndən daha çətin ola bilər.

Nəticələri nə ola bilər?

“Princeton” universitetindən Laura Resplandi bildirib ki, Paris İqlim Dəyişikliyi Müqaviləsində qoyulan hədəflərə çatmaq nəzərdə tutduqlarından daha çətindir. Dünyada istiləşmə sənayeləşmədən əvvəlki dövrə nisbətdə 2 °C dərəcə artıb. Bunun qarşısını almaq üçün qlobal karbon emissiyasını 25 faiz azaltmaq lazımdır. Bu miqdar əvvəlki təxminlərdən qat-qat artıqdır.

İstiləşmə okeanlar üçün nə ifadə edir?

Okeanların istiləşməsi qlobal fəsadlar yaradır. Laura Resplandi daha isti okeanların daha az oksigen demək olduğunu və bunun da ekosistemi təhdid edən vəziyyət olduğunu bildirib. Digər fəsad isə istiləşmə nəticəsində okeanlarda suyun səviyyəsinin nəzərdə tutulandan artıq sürətlə qalxmasıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi