Qocalmanın səbəbi tapıldı – Ölümsüzlüyə daha bir addım

Qocalmanın səbəbi tapıldı – Ölümsüzlüyə daha bir addım 

Yaponiya, ABŞ və Kanadadan olan bir qrup alim insanların uzun ömürlü olmasına və yaşla bağlı xəstəliklərin inkişafına maneə törədən nadir genetik mutasiyanı müəyyən ediblər.

Bu barədə “Science Advances” jurnalında nəşr olunan araşdırmada qeyd olunur.

Mütəxəssislər 177 nəfərdən götürülmüş genetik analizin cavablarına əsasən müəyyən ediblər ki, onlardan 43-nün DNK-da SERPİNE1 genin adi və mutasiya edilmiş olmaqla iki variantı mövcuddur. SERPINE1 geni qan damarlarında yığa biləcək təhlükəli qığıltıları məhv edən PAİ-1 proteininin təlimatlarını daşıyır.

Alimlərin fikrincə, bədənin ümumi yaşlanma mexanizmlərindən biri olan bu protein yaşlanma hüceyrələrinin prosesi ilə əlaqələndirilir.

Tədqiqat nəticəsində mutasiya daşıyıcılarının orta hesabla on il (85 yaşa qədər) yaşadıqları, diabetə məruz qalma ehtimalının az olduğu və maddələr mübadiləsi ilə bağlı heç bir problemin olmadığı ortaya çıxıb.

Elm adamları bu tədqiqatın yaşlanma ilə bağlı xəstəliklərə qarşı mübarizədə əhəmiyyətli addım olacağını bildiriblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi