“Qoşunlarımız tədricən irəliləyir” - Ukrayna müdafiə nazirinin müavini

“Qoşunlarımız tədricən irəliləyir” - Ukrayna müdafiə nazirinin müavini 

Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar ölkəsinin Baxmut şəhərindəki vəziyyətə aydınlıq gətirib.

Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə qurumunun rəsmisi teleqramda yazıb.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda əks-hücum əməliyyatına başladığı və bir neçə kilometr əraziyə nəzarəti bərpa etdiyi Baxmut şəhərinin ətraf ərazilərində Ukrayna qoşunları irəliləyişləri davam etdirir.

Malyar teleqram kanalında yazıb ki, Baxmut istiqamətində durum dinamik inkişaf edir: “Qoşunlarımız Baxmut ətrafında tədricən iki istiqamətdə irəliləyir. İndi konkret rəqəmlər olmayacaq, çünki aktiv döyüşlər gedir. Bizimkilər düşməni məhv edir və artıq xeyli sayda əsgəri əsir götürüb”.

O, əlavə edib ki, Baxmutun özündə “vəziyyət daha mürəkkəbdir”, lakin “düşmən şəhərə nəzarəti ələ ala bilmir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi