Qubadlıda ömürlük oliqarx başçı: - İsaqov 17 ildə nələr edib?

Qubadlıda ömürlük oliqarx başçı: - İsaqov 17 ildə nələr edib? 

M.İsaqov 2001-ci ildən Qubadlı rayon icra başçısıdır.

Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmindən Qubadlı rayonuna rəhbərlik edən M.İsaqov 17 ildir ki, bir rayona icra başçılığı etməkdədir.

“Gözdən iraq, könüldən uzaq” olmağı bacaran icra başçısının yerinə gənc bir kadr 17 il ərzində tapılmayıb ki, Qubadlıya yeni nəfəs olsun.

Bu səfalı bölgənin rəhbəri M.İsaqov 17 illik fəaliyyəti dövründə rayonu elə idarə edib ki, büdcədən ayrılan pullar düşmən işğalında olan Qubadlının “abadlaşması” üçün xımır-xımır mənimsənilib.

Qəribədir ki, geridə qalan 17 il ərzində əksər rayonlarda icra hakimiyyəti başçıları dəyişib, əvəzlənib, yerdəyişmələr aparılıb. Deyəsən, M.İsaqov Qubadlıya ömürlük təyin olunub.

Rayon əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Bu ilin 1 aprel vəziyyətinə görə Qubadlı əhalisinin sayı 37 min 700 nəfərdir.

Qubadlı RİH-nin rəsmi saytında dərc olunmuş materialda deyilir ki, 2018-ci ilin ilk rübündə 48 iş yeri açılıb.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı binanın arxasında yerləşən köhnə mağaza binasının 1200 kvadrat metr dam örtüyü yenisi ilə əvəz olunub.

İndi bir mağazanın dam örtüyünə gedən pula görə büdcədən nə qədər vəsait silindiyini təsəvvür etmək o qədərdə çətin deyil.

Sumqayıt şəhəri, 9-cu mikrorayon, məcburi köçkünlərin məskunlaşdığı 29 və 30 saylı binaların qarşısına 300 kvadrat metr asfalt örtüyü döşənib. Bu 300 kvadratlıq asfalt da büdcəni necə yeyibsə, M.Sadıqov və bir də Allah bilir.

“Sumqayıt” mehmanxanasında məskunlaşan Xanlıq kənd, 20-ci məhəllədə məskunlaşan Boyunəkər kənd sakinlərinin mənzillərinin dam örtüyü təmir olunub. “Xəzər” bağlarında məskunlaşan Cibikli, Xızı rayon Sitalçay kəndində məskunlaşan Həmzəli, “Yaşıldərə bağ massivi”ndə məskunlaşan Muradxanlı kənd sakinlərinə tikinti materialları ilə köməklik olunub.

Bu işlər RİH saytında qeyd olunub. Əvəzində büdcə pulları şəffaf xərclənmədiyi iddia edilir.

M.İsaqov Qubadlıda peşəkar və gizli iş qurmağı bacarıb. Bir müddət öncə Sumqayıtda Qubadlı icra hakimiyyətinə məxsus ərazidə ağacların kəsilməsi məsələsi gündəmə gəlmişdi.

Sonra M.İsaqovun Yasamala RİH başçısı gedəcəyi xəbərləri yayılmışdı. Amma olmadı. O, Qubadlıdan ayrıla bilmir.

Malik İsaqovun Sumqayıt və Bakı şəhərlərində onlarla biznes obyektləri var və icra başçısı həmin müəssisələri yaxınları vasitəsilə idarə edir.

Özü isə ayda bir neçə dəfə həmin obyektlərə baş çəkərək işlərələ yerindəcə və şəxsən tanış olur.

Xalqxeber.az yazmışdı ki, Qubadlı RİH başçısının Bayılda tikinti materiallarının satışı, plastik pencərə qapı sexi və digər obyektləri fəaliyyət göstərir. RİH xəbəri təkzib etmişdi.

Rayon məmurları haqda maraq doğuran xəbərlərdən biri də belədir ki, Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Sərxanlının oğlu Səbuhi Sərxanlı 2016-cı il, yanvarın 29-u qəza törədib.

Səbuhi Sərxanlı yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş və qırmızı işıqda keçərək idarə etdiyi 50-CM -090 dövlət nömrə nişanlı “Prado” markalı avtomobillə Masallı rayon sakini Maqqamov Suxrab-ın idarə etdiyi 44-BT-140 nömrəli “Mercedes” maşınını vurub.

Qəza nəticəsində Maqqamov Suxrab-ın idarə etdiyi “Mercedes” maşınına ciddi ziyan dəyib.

Qəza baş verəndən az sonra Səbuhi Sərxanlının atası – Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Sərxanlı hadisə yerinə gəlib və Maqqamov Suxrabı əmin edib ki,ona dəyən ziyanı tam ödəyəcək.

Bütün bu maraqlı informasiyalarla bağlı hörmətli Qubadlı rayon icra başçısı M.İsaqovun fikirlərini, müsahibəsini dərc etməyə hazırıq. \\editor.az\\ 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi