“Quli”ni öldürmək üçün Türkiyəyə dəstə göndərildi

“Quli”ni öldürmək üçün Türkiyəyə dəstə göndərildi – İstanbul polisi hərəkətə keçdi

Türkiyədə yaşayan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (“Quli”) sui-qəsd planlaşdıran dəstə ələ keçib.

Yenisabah.az xəbər verir ki, Anri Malyi adlı ukraynalı kriminalitetin rəhbərlik etdiyi 16 nəfərlik dəstənin 1 üzvü rus, 4 üzvü gürcü, 3 üzvü ukraynalı, 8 üzvü isə  azərbaycanlı olub. 

Onlar Nadir Səlifovdan qisas almaq üçün Türkiyəyə gəliblər. Lakin İstanbul Polis İdarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərindən 11 tapança, 1 AK 47 tipli avtomat və 222 güllə aşkar edilib. 

Əməliyyat səhər saatlarında keçirilib. Polisin araşdırmaları davam edir.

Nadir Səlifov 25 illik məhkumluq həyatını başa vurandan sonra Türkiyəyə köçüb. Klassik “qanuni oğru”lardan hesab edilən sumqayıtlı Arif Mehdiyevin (“Lotu Arif” ) dəstəyindən sonra Nadir Səlifovun Azərbaycanın kriminal aləmində nüfuzu daha da artıb. Lakin o, əsas diqqətini Rusiyaya yönəldib. Burada isə gürcü əsilli “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) ona qarşı barışmaz mövqe tutub. Bəzi mülahizələrə görə, Zaxari Kalaşovla Nadir Səlifovun arasındakı konfliktin kökündə ikincinin kriminal aləmdə daha nüfuzlu şəxsə çevrilməsi ilə bağlıdır. “Quli” Rusiyanın kriminal seqmentini də tam fəth eləsə, o zaman Zaxari Kalaşov 1 nömrəli “qanuni oğru”  kimi qəbul edilməyə bilər.

Nadir Səlifovla Zaxari Kalaşov arasında konflikt davam etdikcə ona qarşı təşkil olunan “sxodka”lar, yaxud fiziki cəhətdən məhv edilməsi ilə bağlı planlarda gürcü əsilli “qanuni oğru”nun adı çəkilir.

Məsələn, ötən ilin yayında gürcü əslilli “qanuni oğru” Quram Çixladze (“Kvejeoeviç”) ilə Nadir Səlifov arasında baş vermiş insidentdə Zaxari Kalaşovun adı hallandırılırdı. Bu insidentə görə, başqa bir gürcü əsilli “qanuni oğru” Badri Koquaşvilinin (“Badri Kutaisi”) Nadir Səlifovu kriminal dünyanın ali statusundan məhrum etmək cəhdləri də Zaxari Kalaşovun ayağına yazılırdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi