“Qusar fermerləri onun əlindən cana doyublar” –

“Qusar fermerləri onun əlindən cana doyublar” – “Aqrolizinq”dən ŞİKAYƏT

Fermer Xeyrulla Əliyev “AzPolitika.info”ya müraciət edərək, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Regional Nümayəndəliyinin Qusar bölməsindən şikayət edib.

Şikayətçi bildirib ki, nümayəndəlikdən dövlətin fermerlərə subsidiya kimi ayırdığı kübrəni, 1 aydır ki, ala bilmir:
“Nümayəndəliyin rəhbəri Həsrət müəllim mənə qarşı ayrıseçkilik edir. Dünən dedi ki, sabah gəl götür, mən də aparıb 1125 manat pul ödədim. Amma bu gün yenə də kübrəni ala bilmədim”.

“Qusar fermerləri onun əlindən cana döyublar” – X.Əliyev bildirib.

Fermer əlavə edib ki, dövlətdən kisəsini 9 manata almalı olduqları azot, daxili bazarda 12-13 manata satışa çıxarılır.

X.Əliyev “Aqrolizinq”in Qusar bölməsinin sədrindən bu gün Prezident İlham Əliyevə şikayət teleqramı vurduğunu da bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi