Rahib Branson türkcə müsahibə verdi: “Ərdoğan üçün dua etmək istərdik!”

Rahib Branson türkcə müsahibə verdi: “Ərdoğan üçün dua etmək istərdik!” 

“Ürəyimiz Türkiyədə qaldı”

Oktyabrın 12-dəki məhkəmədən sonra azadlığa buraxılmış rahib Endrü Branson türk dilində ilk müsahibəsini verib.

Xanımı ilə birlikdə müsahibə vermiş Branson, haqqındakı təqsirləndirilmələrlə bağlı münasibət bildirib.

O, Fətullah Gülən qruplaşmasından heç kimi tanımadığını və görmədiyini deyib.

Branson həbsxanada FETÖ-çülərlə birlikdə qalarkən çox stress yaşadığını bildirib.

Rahib bütün bunların Türkiyə sevgisini azaltmadığını deyərək, “ürəyimiz Türkiyədə qaldı” şəklində açıqlama verib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox görüşmək istədiyini, “Başqan Ərdoğan üçün dua etmək istərdik” deyib.AzNews.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər